“Messidən sonra özümü vacib oyunçu hesab etmirdim”

messiden-sonra-ozumu-vacib-oyuncu-hesab-etmirdim
Oxunma sayı: 377

PSJ-nin müdafiəçisi Əşrəf Hakimi Lionel Messinin 2021-ci ildə Paris klubuna keçidinin onun oyununa necə təsir etdiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, futbolçunun sözlərini “The Touchline” yayıb.

“Messi gələndə PSJ-nin layihəsi dəyişdi, oyun üslubumuz da fərqli oldu. Artıq xoşladığım işləri, məsələn, daha çox hücuma qoşulmağı bacarmırdım. Özümü vacib oyunçu hesab etməyi dayandırdım və ciddi tənqidlərə məruz qalırdım”, – deyə Hakimi bildirib.

Qeyd edək ki, Messi 2021-2023-cü illərdə PSJ-də çıxış edib. Bu müddətdə argentinalı futbolçu iki dəfə Fransa çempionu olub və ölkə Superkubokunu qazanıb.

Hakimi isə cari mövsümdə bütün turnirlərdə 14 oyuna çıxıb, 3 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.