İranda keçirilən ənənəvi “Qüds günü” yürüşləri bu il ABŞ və İsrailin hərbi əməliyyatları fonunda qeyri-adi görüntülərlə yadda qalıb.
“Qafqazinfo” “Fars” agentliyinə istinadən xəbər verir ki, Borucerd şəhərində keçirilən mitinq zamanı iranlı yeniyetmələr dünya şöhrətli futbolçu Lionel Messinin formalarını yandırıblar.
Aksiyada iştirak edən gənclər ABŞ və İsrail əleyhinə şüarlar səsləndirdikdən sonra argentinalı ulduzun köynəyinə od vurublar.
Qeyd edək ki, sözügedən kəskin etirazın səbəbi Messinin üzvü olduğu “İnter Mayami” klubunun martın 5-də Ağ Evdəki qəbulu olub. Belə ki, MLS Kubokunun qalibi kimi Donald Trampla görüşən futbolçuların, prezidentin Yaxın Şərqdəki hərbi əməliyyatlar barədə çıxışını alqışlaması İslam dünyasında böyük narazılıq doğurub. Sosial şəbəkələrdə milyonlarla azarkeş “Mən bir bütü itirdim”, “Maradona bunu etməzdi” kimi şərhlərlə Messiyə olan rəğbətlərini itirdiklərini bəyan ediblər.
Son xəbərlər
Son Xəbərlər