Dünən saat 15 radələrində Abşeron rayonunda yanğın olub.
“Qafqazinfo” xəbər verir ki, hadisə 1979-cu il təvəllüdlü Nigar Eldarovna Eminbəylinin yaşadığı Masazır qəsəbəsindəki ümumi sahəsi 40 kvadrat metr olan evdə baş verib.
Yanğın söndürüldükdən sonra evdən N.Eminbəylinin yanmış meyiti tapılıb.
Bildirilir ki, N.Eminbəyli 16 yaşında olarkən, yəni 1995-ci ildə metronun “Ulduz” stansiyasında çoxsaylı insan itkisi ilə nəticələnən dəhşətli yanğında da xəsarət alıbmış.
Son xəbərlər
Son Xəbərlər