Tərtər rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Bərdə-Ağdam avtomobil yolunun Tərtər rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb.
“Mercedes” markalı minik avtomobili ilə Ağdam-Mingəçevir marşrutu üzrə hərəkətdə olan “Ford” markalı mikroavtobus toqquşub. Nəticədə, mikroavtobusda olan 5 sərnişin xəsarət alıb. Yaralılar Ağdam Təcili Tibbi Yardım bölməsinin əməkdaşları tərəfindən Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər