Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonunda şəhid Abbasov Elvin Şamil oğlunun ailəsində olub, şəhidin anası Abbasova Sevil Allahverən qızını 60 illik yubileyi münasibətilə təbrik edib.
“Qafqazinfo” xəbər verir ki, görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Görüşdə çıxış edənlər Sevil Abbasovanı şanlı yubileyi münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı və uzun ömür arzulayıblar.
Çıxışlarda vurğulanıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına yüksək diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canını fəda etmiş qəhrəman övladlarımızın əziz xatirəsi hər zaman uca tutulur və qəlbimizdə əbədi yaşayacaqdır.
Görüş zamanı şəhid ailəsinin sosial ehtiyacları və qayğıları dinlənilib, dövlət tərəfindən hər zaman dəstək göstərilməyə davam ediləcəyi qeyd olunub.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.




Son xəbərlər
Son Xəbərlər