Novruz və Ramazan bayramları ərəfəsində Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Tərtər rayonunun Kəngərli kəndində 200-ə yaxın ailəyə texniki su xətti çəkilib.
“Qafqazinfo” xəbər verir ki, açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, həmçinin hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, rayon ağsaqqalları və ziyalılar iştirak ediblər.
Tədbirdə çıxış edənlər su çəkilişi münasibətilə sakinləri təbrik edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının bu gün hər bir kənddə, hər bir evdə öz bəhrəsini verdiyini diqqətə çatdırıblar.
Mərasimdə çıxış edən şəhid ailələrinin üzvləri, qazilər və kənd ağsaqqalları bildiriblər ki, yeni su xəttinin çəkilməsi onların gündəlik qayğılarını xeyli azaldacaq.
Sakinlər onlara göstərilən diqqətə, həmçinin şəhid ailələri və qazilərə olan yüksək qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
https://www.youtube.com/watch?v=QHhW-XNEWiY







Son xəbərlər
Son Xəbərlər