Milli Depozit Mərkəzində yeni təyinatlar - Yenilənib

milli-depozit-merkezinde-yeni-teyinatlar
Oxunma sayı: 1739

Azərbaycan Milli Depozit Mərkəzində (MDM) kadr təyinatları olub.

“Qafqazinfo” “Yurd.media”ya istinadən xəbər verir ki, Məmmədyar Novruzov İnformasiya təhlükəsizliyi şöbəsinin müdiri, Tərlan Məmmədov Korporativ idarəetmə departamentinin direktoru, Zülfüqar Qayıbov isə Satınalma və İnzibati İdarəetmə departamentinin direktoru vəzifəsinə təyin ediliblər.

Qeyd olunub ki, M.Novruzov 2020-ci ilin sentyabr ayından yeni təyinata qədər Milli Depozit Mərkəzində İnformasiya Texnologiyaları departamentinin direktor müavini vəzifəsində, Z.Qayıbov isə 2024-cü ilin fevral ayından MDM-in İnzibatçılıq Departamentinin direktoru vəzifəsində işləyib. T.Məmmədov 2023-2026-cı illərdə “Kapital Bank” ASC-də Risk analitiki və Məhsul sahibi vəzifələrində çalışıb.

***

Milli Depozit Mərkəzinin açıqlamasına görə, 2026-cı ilin mart ayında Mərkəzin təşkilati strukturunda müvafiq dəyişikliklər həyata keçirilib, bu çərçivədə bir sıra struktur bölmələrinin, o cümlədən müvafiq departamentlərin adları dəyişdirilib: “Təşkilati strukturda edilmiş dəyişikliklərə uyğun olaraq, Milli Depozit Mərkəzinin rəsmi internet səhifəsində aidiyyəti əməkdaşların vəzifə adları yeni struktur bölmələrinin adlarına uyğunlaşdırılıb. Sözügedən dəyişikliklər yeni kadr təyinatı deyil, yalnız təşkilati strukturun yenilənməsindən irəli gələn vəzifə adlarının texniki uyğunlaşdırılması xarakteri daşıyır”.

Fotoda: Məmmədyar Novruzov

Fotoda: Tərlan Məmmədov

Fotoda: Zülfüqar Qayıbov