Milli Mətbuat Günü ilə əlaqədar Fəxri xiyaban ziyarət edildi - Fotolar

milli-metbuat-gunu-ile-elaqedar-fexri-xiyaban-ziyaret-edildi
Oxunma sayı: 356

Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının nümayəndələri 22 iyul - Milli Mətbuat Günü ilə əlaqədar Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib.

“Qafqazinfo” xəbər verir ki, Ulu Öndərin abidəsi önünə əklil qoyulub və gül dəstələri düzülüb.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Eyni zamanda, Azərbaycan milli mətbuatının banisi, “Əkinçi” qəzetinin naşiri və baş redaktoru, görkəmli ictimai xadim və maarifpərvər ziyalı Həsən bəy Zərdabinin məzarı ziyarət olunub.

Onun ruhuna ehtiram əlaməti olaraq məzarının önünə əklil və tər güllər qoyulub, böyük mütəfəkkirin əziz xatirəsi yad edilib.