Millimiz AÇ-nin pley-off-una vəsiqə qazandı - Video

millimiz-ac-nin-pley-off-una-vesiqe-qazandi
Oxunma sayı: 566

Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan minifutbol üzrə Avropa çempionatında qrup mərhələsinin 2-ci turunun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, bu gün Azərbaycan millisi İtaliya ilə üz-üzə gəlib.

Qarşılaşma Elşad Quliyevin rəhbərlik etdiyi kollektivin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolları Rəvan Kərimov, Vüsal İsayev və Ruzigar İbrahimzadə vurublar.

Qrupun digər görüşündə Fransa Avstriyaya qalib gəlib - 3:1.

İki turdan sonra 6 xal toplayan yığmamız play-off mərhələsinə vəsiqəni təmin edib.