Millimiz Monteneqro ilə heç-heçə etdi

millimiz-monteneqro-ile-hec-hece-etdi
Oxunma sayı: 2193

Minifutbol üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

“Qafqazinfo” xəbər verir ki, yığmamız Monteneqro ilə qarşılaşıb.

Görüş Herceg Novi şəhərindəki “Polino Arena”da baş tutub. Matç 1:1 hesabı ilə yekunlaşıb. Yığmamızın qoluna Samir Həmzəyev imza atıb.

Qeyd edək ki, görüş millimizin Bakıda keçiriləcək dünya çempionatının final mərhələsinə hazırlığı çərçivəsində baş tutub.