Millimizin AÇ-dəki oyunu hava şəraitinə görə təxirə salındı

millimizin-ac-deki-oyunu-hava-seraitine-gore-texire-salindi
Oxunma sayı: 721

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Şimali Makedoniya yığması ilə oyunu təxirə salınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

B Liqasının 5-ci qrupunun 2-ci turu çərçivəsində bu gün keçirilməli olan görüş Strumitsa şəhərində hava şəraitinin əlverişsiz və meydançanın yararsız vəziyyətdə olması səbəbindən başqa vaxta keçirilib.

Qarşılaşmanın noyabrın 29-da reallaşması nəzərdə tutulub.