Millinin oyununun saatı dəyişdirildi

millinin-oyununun-saati-deyisdirildi
Oxunma sayı: 801

Hava şəraiti və yollarda sıxlığın yaranması ilə əlaqədar “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində keçiriləcək Azərbaycan – Sent Lüsiya oyununun başlanma saatında dəyişiklik edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq qarşılaşmaya FIFA ilə razılığa əsasən, saat 19:10-da start veriləcək.