Min ildir “əbədi alov”un qorunduğu tikili yanıb kül oldu - Video

min-ildir-ebedi-alovun-qorundugu-tikili-yanib-kul-oldu
Oxunma sayı: 774

Yaponiyanın qərbində yerləşən Miyadzima adasında baş verən yanğın nəticəsində 1000 ildən çoxdur “əbədi alovun” qorunduğuna inanılan tarixi buddist tikili tamamilə məhv olub.

“Qafqazinfo” xəbər verir ki, yanğın Misen dağı yaxınlığında başlayıb və qısa müddət ərzində adadakı tarixi buddist salona yayılıb.

Nəticədə bina tamamilə yanaraq külə dönüb.

Hadisə zamanı çəkilən hava görüntüləri tikilinin alovlar içində qaldığını və daha sonra tamamilə dağıldığını göstərib. Yanğının səbəbi bəlli deyil.