Azərbaycan I Liqasında 2025/2026-cı illər mövsümünə yekun vurulub.
“Qafqazinfo” xəbər verir ki, sonuncu – 27-ci turda “Mingəçevir” doğma meydanda “Səbail”i qəbul edib.
Həmin matçda Mingəçevir təmsilçisi rəqibini 4:1 hesabı ilə darmadağın edib. Onlar bu qələbə sayəsində turnir cədvəlində ikinci pilləyə yiyələnərək Misli Premyer Liqasına vəsiqə qazanmaq uğrunda pley-off görüşündə iştirak etmək hüququ əldə ediblər.
Növbəti mövsümdə elitada oynamaq istəyən “Mingəçevir” pley-off mərhələsində “Qəbələ” ilə üz-üzə gələcək. Sözügedən qarşılaşma mayın 28-də baş tutacaq.
Qeyd edək ki, I Liqada çempion olan “Şəfa” Azərbaycan Premyer Liqasına birbaşa vəsiqə qazanıb.
Son xəbərlər
Son Xəbərlər