Mingəçevir su anbarında 1 nəfər batıb

mingecevir-su-anbarinda-1-nefer-batib
Oxunma sayı: 1868

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Samux rayonunda, "Mingəçevir" su anbarında 1 nəfərin batması barədə məlumat daxil olub.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.