Mingəçevir şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə M.Maqomayev prospekti ilə Heydər Əliyev prospektinin kəsişməsində qeydə alınıb.
İlkin məlumata əsasən, “VAZ-21099” və “Lexus” markalı avtomobillər toqquşub.
Toqquşma nəticəsində “VAZ-21099”da olan Pərviz Nəbiyev xəsarət alıb.
Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər