Mingəçevirdə “Toyota Prius” 15 yaşlı qızı vurdu - Foto

mingecevirde-toyota-prius-15-yasli-qizi-vurdu
Oxunma sayı: 347

Mingəçevirdə 15 yaşlı piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Aydın Məmmədov küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Toyota Prius” markalı avtomobil yolu keçən 2011-ci il təvəllüdlü Hacızadə Qəmər Bəxtiyar qızını vurub. Qəza zamanı Q. Hacızadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

Ziya Əmirxanlı