Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, sistem bu gün saat 15:00-dan 9 iyul saat 15:00-a kimi aktiv olacaq.
Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqə bu ildən etibarən ödənişli əsaslarla təşkil edilir.
Qanunvericiliyə uyğun olaraq aşağıdakı kateqoriyalara aid namizədlər ödənişdən azaddırlar:
- müsabiqədə ilk dəfə iştirak edən namizədlər;
- şəhid ailəsinin üzvləri;
- müharibə veteranı adı almış şəxslər;
- əlilliyi olan şəxslər;
- ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri.
Qeyd edilib ki, ödəniş prosesi ilə bağlı ətraflı məlumat və təlimat şəxsi kabinet vasitəsilə namizədlərin istifadəsinə təqdim olunacaq.
Son xəbərlər
Son Xəbərlər