Misirdə üç Qətər diplomatı yol qəzasında həlak oldu

misirde-uc-qeter-diplomati-yol-qezasinda-helak-oldu
Oxunma sayı: 1269

Misirin Şarm əl-Şeyx şəhərində 3 Qətər diplomatı yol qəzasında ölüb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində daha iki diplomat yaralanıb.

Məlumata görə, insident Qəzzada atəşkəslə bağlı keçirilən sammit ərəfəsində baş verib, lakin diplomatların Qətər danışıqlar qrupunun tərkibində olub-olmadığı hələlik məlum deyil.