Monqolustan və Ukrayna ilə bu sazişlər təsdiqləndi - Yenilənib

monqolustan-ve-ukrayna-ile-bu-sazisler-tesdiqlendi
Oxunma sayı: 522

“Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş” təsdiq edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb.

Qanuna əsasən, 2026-cı il mayın 6-da Leypsiq şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş” təsdiq edilib.

***

Dövlət başçısının digər Sərəncamı ilə 2025-ci il dekabrın 16-da Kiyev şəhərində və 2026-cı il aprelin 23-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Ukraynanın Nazirlər Kabineti arasında “Hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında Saziş”ə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Ukraynanın Nazirlər Kabineti arasında Protokol” təsdiq edilib.