Monteneqro bu tarixə kimi Aİ-yə üzv ola bilər

monteneqro-bu-tarixe-kimi-ai-ye-uzv-ola-biler
Oxunma sayı: 2256

İtaliya Prezidenti Serxio Mattarella Monteneqroya səfər edib.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, onu Monteneqro Prezidenti Yakov Milatoviç qarşılayıb.

Liderlər ikitərəfli təmasların ardınca birgə mətbuat konfransı keçiriblər.

Mattarella Avropa İttifaqının (Aİ) genişlənməsinin İtaliya üçün əhəmiyyətli olduğunu ifadə edib:

“2028 hədəfi əlçatmaz deyil. İnanıram ki, Monteneqro 2028-ci ildə Aİ-nin bir hissəsi ola bilər”.

Milatoviç isə qeyd edib ki, ölkəsinin 2028-ci ildə Aİ-yə üzv olacağına tam əmindir.