Montiel “Neftçi”yə belə qol vurdu - Video+Yenilənib

montiel-neftciye-bele-qol-vurdu
Oxunma sayı: 1182

Hazırda Antalyada təlim-məşq toplanışında olan Ağdamın “Qarabağ” komandası Özbəkistanın “Neftçi” (Fərqanə) klubu ilə yoldaşlıq görüşü keçirir.

“Qafqazinfo” xəbər verir ki, qarşılaşmanın ilk dəqiqələri “köhlən atlar”ın mütləq üstünlüyü ilə davam edir.

Matçın 10-cu dəqiqəsində Ağdam təmsilçisinin yarımmüdafiəçisi Joni Montiel uzaq məsafədən baxımlı zərbə ilə topu rəqib qapısının “doqquzluğu”na göndərərək dublunu rəsmiləşdirib.

Qeyd edək ki, “Qarabağ” cəmi 19 dəqiqə ərzində Özbəkistan təmsilçisinin qapısından 3 qol keçirməyi bacarıb. Hazırda matçda hesab 4:0 Ağdam klubunun xeyrinədir.

***

Oyun “Qarabağ”ın 5:0 qələbəsi ilə yekunlaşıb.