“Montin”də qatar yoluna çıxan kişi ölüb

montinde-qatar-yoluna-cixan-kisi-olub
Oxunma sayı: 542

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, dünən saat 12:15 radələrində Anar Rövşən oğlu Quliyev Nərimanov rayon Məmməd Arif küçəsi 27 ünvanında (“Montin” qəsəbəsi) qatar vurması nəticəsində ölüb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.