Moskvada yaşayış kompleksində partlayış - Ölən var - Video

moskvada-yasayis-kompleksinde-partlayis
Oxunma sayı: 1977

Moskvanın şimal-qərbində yerləşən yaşayış kompleksində partlayış baş verib.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, partlayış nəticəsində bir nəfər ölüb.

İlkin məlumata görə, 5 nəfər yaralanıb.

Moskva Prokurorluğundan bildirilib ki, yaşayış kompleksində insidentin hansı səbəbdən baş verməsi araşdırılır.