Moskvadan Gəncəyə uçmalı olan təyyarə gecikir

moskvadan-genceye-ucmali-olan-teyyare-gecikir
Oxunma sayı: 431

Rusiyadan Azərbaycana uçmalı olan təyyarə gecikir.

“Qafqazinfo” xəbər verir ki, Moskvanın “Vnukovo” hava limanından Gəncəyə uçmalı olan “Utair” şirkətinə məxsus Gəncə-Moskva aviareysi gecikir.

Rusiyanın paytaxtından 05:45-də yola düşməli, saat 12:00-da isə qayıtmalı olan təyyarə hələlik Moskvadakı hava limanından uçmayıb. Təyyarənin hansı səbəbdən gecikdiyi məlum deyil.

Gəncədən isə sözügedən reysi saat 20:45-ə təyin ediblər.

Məlumat üçün bildirək ki, təyyarədə təxminən 120 sərnişin yer alıb.

Yunis Quliyev