Göygöldə motosikletlə avtomobil toqquşub.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Qızılca kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, 2003-cü il təvəllüdlü Nicat Məmmədov idarə etdiyi motosikletlə “Mercedes” markalı maşınla toqquşub.
Qəza zamanı kuryer xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib, ilkin tibbi yardım göstərilib, müalicəsi davam edir.
Faktla bağlı araşdırma başlanılıb.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər