“Benfika”nın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Qarabağ”a məğlubiyyəti yada salıb.
“Qafqazinfo” xəbər verir ki, o həmin matçın komandanın bugünkü pley-off şanslarının azalmasına təsir etdiyini bildirib.
Məşhur mütəxəssis bu gecə “Real”a qarşı keçirəcəkləri ÇL oyunundan əvvəl bu barədə danışıb: “Pley-off şanslarımızın az olmasında ilk turdakı məğlubiyyətin (“Benfika” ilk turda evdə “Qarabağ”a 2:3 hesabı ilə uduzmuşdu - red.) rolu böyükdür. Onu qazansaydıq, indi daha çox xalımız var idi. Düzdür, burada “Bayer”ə (Leverkuzen) məğlubiyyətin də rolu var. Amma ev matçlarında qalib gəlməli idik”.
Son xəbərlər
Son Xəbərlər