Mayın 7-də “Imago Medical Systems” və “Fujifilm Healthcare” şirkətlərinin birgə təşəbbüsü və dəstəyi ilə “Park Inn Radisson” hotelində ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Müasir tibdə ultrasonoqrafiyanın rolu” adlı konfrans keçirilib.
“Qafqazinfo” xəbər verir ki, 150-dən çox həkimin iştirak etdiyi möhtəşəm tədbir ümummilli liderin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Konfransda ev sahibliyi edən “Imago Medical Systems” 2008-ci ildən Azərbaycanda tibb müəssisələrinə tibbi avadanlıqların satışı, quraşdırılması və servisini həyata kəçirən şirkətdir. “Imago Medical Systems” şirkəti fəaliyyət göstərdiyi illər boyunca tibb sektorunda istər dövlət, istərsə də özəl xəstəxana layihələrində öz imzasını atıb, bazarda “Fujifilm”, “Mindray”, “Snibe”, “Clarius” və “Nidek” şirkətlərinin rəsmi distribütoru olaraq fəaliyyət göstərir.
Sözügedən konfransın spikerləri - Türkiyə Cümhuriyyətinin tanınmış həkimləri olan Prof. Dr. Süha Süreyya Özbek və Prof. Dr. Mustafa Seçil, habelə Dr. Vüsalə Yaşar müasir tibdə ultrasonoqrafiyanın rolundan, Hepatit B-nin müalicə metodunda, tiroid diffuz xəstəliklərində ilkin və düzgün diaqnozunu uzunsürən analizlərin xaricində, müasir texnika ilə aparılma yollarından bəhs ediblər.
Əlavə olaraq konfransda Prof. Dr. Süha Süreyya Özbek və Prof. Dr. Mustafa Seçilin təqdimatında qaraciyər və tiroid elastografiya master-klası keçirilib.



Son xəbərlər
Son Xəbərlər