Muazzez Abacı infarkt keçirdi

muazzez-abaci-infarkt-kecirdi
Oxunma sayı: 1031

Türkiyənin məşhur müğənnisi Muazzez Abacı infarkt keçirib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.

Sənətçinin yaxın dostu, bəstəkar Seda Akay bildirib ki, oktyabrın 28-i M.Abacı infarkt keçirib və bu səbəbdən də onun ürəyinə stent qoyulub: 

“Onunla telefon danışığı apardıq və açıqlama verməyimi istədi. Hazırda xəstəxanadadır, müalicəsi palatada davam edir. Sağlıq vəziyyəti ilə bağlı tez-tez məlumat verəcəyəm”.

Qeyd edək ki, Muazzez Abacının 77 yaşı var və o, Amerikada yaşayır.