Müdafiə naziri postunu ona təklif etdi

mudafie-naziri-postunu-ona-teklif-etdi
Oxunma sayı: 2898

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Müdafiə Nazirliyinin iş formatını dəyişmək qərarına gəlib.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə teleqram kanalında paylaşım edib.

Bununla əlaqədar olaraq, Zelenski rəqəmsal transformasiya naziri Mixail Fedorova Müdafiə Nazirliyinə rəhbərlik etməyi təklif edib. 

Onun sözlərinə görə, Fedorov Ukraynanın pilotsuz uçuş aparatları (PUA) ilə təmin edilməsi istiqamətində aktiv fəaliyyət göstərir, eləcə də dövlət xidmətlərinin rəqəmsallaşdırılması sahəsində səmərəli çalışır. 

2025-ci ilin iyulundan Ukraynanın müdafiə naziri postunu tutan Denis Şmıqala isə dövlət xidmətində başqa istiqamətə başçılıq etmək təklif olunub. 

Xatırladaq ki, yanvarın 2-də Volodimir Zelenski Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanovu Ukrayna Prezidentinin Ofisinin rəhbəri, Oleq İvaşenkonu isə Budanovun postuna təyin edib.