Müdafiə nazirinin sabiq müavini general-mayor Məmmədhüseyn Sarıyev dünyasını dəyişib.
“Qafqazinfo” xəbər verir ki, ehtiyatda olan general-mayor bu gün İkinci Fəxri xiyabanda dəfn ediləcək.
Allah rəhmət eləsin!
Qeyd edək ki, M. Sarıyevə 1994-cü ildə general-mayor rütbəsi verilib. O, 1998-ci ilə kimi müdafiә nazirinin tikinti və mənzil təminatı üzrə müavini olub. General ehtiyata buraxıldıqdan sonra Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri idi.
Son xəbərlər
Son Xəbərlər