Müdafiə Nazirliyinin generalı həbs olundu

mudafie-nazirliyinin-generali-hebs-olundu
Oxunma sayı: 20497

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov həbs olunub.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, general-mayor Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə saxlanılıb.

Bakı Hərbi Məhkəməsinin qərarı ilə N.Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

İlkin məlumata görə, Nizami Məmmədov 80 milyon 600 min manat mənimsəməkdə təqsirləndirilir.