Müəllimi güllələyən şagird həbs edildi

muellimi-gulleleyen-sagird-hebs-edildi
Oxunma sayı: 3182

“İdrak” liseyində silahlı insident törədən şagird həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Şagirdə qarşı Cinayət Məcəlləsinin 29 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, bu maddənin sanksiyasında 9 ildən 14 ilə kimi həbs cəzası nəzərdə tutulur. Lakin qanuna görə 18 yaşı tamam olmamış şəxslərə 10 ildən artıq cəza verilə bilməz.