Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində bu il daha 160 nəfər müharibə veteranı mal və materiallar formasında aktivlərlə təmin edilib.
“Qafqazinfo” xəbər verir ki, verilmiş aktivlər hesabına onlar istehsal və xidmət, kənd təsərrüfatı sahələri üzrə biznes planlarına uyğun kiçik ailə bizneslərini qurublar.
Özünüməşğulluq proqramına cəlb edilən şəxslər üçün ilkin mərhələdə biznes təlimləri təşkil olunur.
Təlimləri bitirdikdən sonra onlara seçdikləri iqtisadi fəaliyyət sahələri üzrə aktivlər verilir.
Son xəbərlər
Son Xəbərlər