“Münaqişəyə ehtiyac qalmadığını düşünürük” - Hakan Fidan

munaqiseye-ehtiyac-qalmadigini-dusunuruk
Oxunma sayı: 1215

“Türkiyə ilə Azərbaycan arasında sarsılmaz bağlar mövcuddur. Bundan sonra bölgədə olan proses rifah və inkişafın başlanğıcı olmalıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

“Türkiyə olaraq bir münaqişəyə ehtiyac qalmadığını düşünürük. İki ölkə arasında danışıqlara öz dəstəyimizi veririk. Azərbaycanla Ermənistan arasında normallaşma təmin olunduğu zaman Türkiyə də Ermənistanla öz münasibətlərini normallaşdıracaq”, - H. Fidan qeyd edib.

Günel İbrahimova