“Münasibətlərimiz ciddi şəkildə pozuldu”

munasibetlerimiz-ciddi-sekilde-pozuldu
Oxunma sayı: 812

Bir zamanlar Türkiyənin məşhur uşaq seriallarından olan “Selena”da “Müstesna” obrazını canlandırması ilə yadda qalan aktrisa Parla Şenol layihənin pərdəarxası məqamlarından söz açıb.

“Qafqazinfo” “Sabah”a istinadən xəbər verir ki, aktrisa serialın çəkişiləri zamanı “Hades” obrazına həyat verən Sinan Çalışkanoğlu ilə problemlər yaşadığını bildirib.

“İlk iki il xoş keçdi... Amma işin ciddiliyini pozan bir aktyor var idi. Onunla münasibətlərimiz ciddi şəkildə pisləşdi. Bundan sonra bizə ortaq səhnələr yazılmadı. Bu, pis xarakteri canlandıran Sinan Çalışkanoğlu idi. O, çox səs-küylü idi. Çəkilişlər gecikirdi, iş yavaşlayırdı. Mən bunu bəyənmirəm. İş vaxtı mənasız zarafatlar edirdi. Bunu fasilə zamanı, çay içərkən edə bilərsiniz. Amma bunu çəkiliş başlayan zaman etmək olmaz. Bu, həm mənə, həm də orada işləyən hər kəsə hörmətsizlik idi”, - aktrisa illər əvvəlki incikliyindən danışarkən vurğulayıb.