Mundialın finalında ulduzlar yağışı - Castin Biber və Şakira səhnədə

mundialin-finalinda-ulduzlar-yagisi
Oxunma sayı: 3481

İspaniya və Argentina yığmaları arasında keçirilən 2026-cı il dünya çempionatının final oyununun fasiləsində FIFA tərəfindən təşkil olunacaq möhtəşəm şou baş tutacaq.

“Qafqazinfo” xəbər verir ki, Nyu-Yorkun “MetLife” (Nyu-Cersi) stadionunda üz-üzə gələcək komandaların qarşılaşmasının böyük fasiləsində əsas ifaçılar Castin Biber, Şakira, Madonna və Cənubi Koreyanın dünyaca məşhur BTS qrupu olacaq.

Təşkil olunacaq konsert proqramında həmçinin Burna Boy, Dai Dai, tanınmış dirijor Qustavo Dudamel və “Coldplay” qrupu da səhnə alacaqlar. Bir müddət əvvəl yayılan məlumatlarda ulduzların genişmiqyaslı çıxışları səbəbindən matçın fasilə müddətinin FIFA-nın standart 15 dəqiqəlik limitini keçə biləcəyi vurğulanmışdı.

Xatırladaq ki, İspaniya və Argentina millilərinin qarşılaşacağı DÇ-2026-nın tarixi final matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək