Murad Arifin “Partlat”ı təqdim olundu

murad-arifin-partlati-teqdim-olundu
Oxunma sayı: 1330

Bəstəkar-müğənni Murad Arif yeni klipini təqdim edib. İfaçı sözləri və musiqisi özünə məxsus olan “Partlat” adlı mahnısını ekranlaşdırıb. 

"Qafqazinfo" xəbər verir ki, musiqi layihəsinin rejissoru Cəlal Kəngərlidir. Klip bu gün sənətçinin rəsmi “Youtube” səhifəsində yerləşdirilib. 

Ekran işi üzərində böyük bir komanda çalışıb və çəkilişlər Bakıda baş tutub.  

Bu məqamda qeyd edək ki, layihədə rəqqasların və ifaçının istifadə etdiyi geyimlərin müəllifi  Murad Arifdir.