Müştərinin başını pivə bakalı ilə yaraladı

musterinin-basini-pive-bakali-ile-yaraladi
Oxunma sayı: 2685

Tovuz rayonunda çay evlərinin birində xanım ofisiantla müştəri arasında münaqişə baş verib.

“Qafqazinfo” xəbər verir ki, münaqişə zamanı ofisiant pivə bakalını müştəri E.Nağıyevin baş nahiyəsinə çırpıb.

Nəticədə sonuncu ağır xəsarətlərlə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev