“Regiondakı müttəfiqlərimizə planımızı deyə bilmərik”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O, İranla bağlı mümkün hərbi əməliyyat planının regiondakı müttəfiqlərlə paylaşılmayacağını açıqlayıb.
“Biz heç vaxt regiondakı müttəfiqlərimizə planımızı deyə bilmərik. Əgər onlara desəydim, bu, sizə demək qədər pis olardı; hətta daha da pis ola bilərdi”.
Tramp qeyd edib ki, İran istiqamətinə göndərilən Amerika donanması Venesuela üçün Karib dənizinə göndərilən donanmadan daha böyükdür.
O qeyd edib ki, hazırda İranla danışıqlar aparılır və vəziyyət nəzarət altındadır:
“Hazırda İrana çoxlu gəmi göndəririk. Ümid edirəm ki, razılaşma əldə edə bilərik. Əgər razılaşma baş tutmasa, nəticələri görəcəyik”.
Xatırladaq ki, ABŞ-nin İranla münasibətlərindəki gərginlik 2025-ci ildə baş vermiş hadisələrlə daha da artır. 22 iyun 2025-ci ildə ABŞ, “Gecəyarısı çəkic” əməliyyatını həyata keçirərək, İranın Nətənz, Fordo və İsfahandakı üç nüvə obyektini hədəf alıb. ABŞ hücumları “böyük uğur” adlandırsa da, mediada yayılan ilkin zərər qiymətləndirmələrinə görə, əməliyyat İranın nüvə proqramını tamamilə dayandırmayıb, yalnız bir neçə ay geri çəkib.
Son xəbərlər
Son Xəbərlər