İran və Oman Hörmüz boğazında birgə idarə olunan müvəqqəti dəniz dəhlizinin yaradılması barədə razılığa gəliblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.
Danışıqlar zamanı hər iki ölkənin xarici işlər nazirləri boğazda gəmiçiliyin bərpası ilə bağlı mərhələli planı müzakirə ediblər. Təşəbbüs İran və Omanın birgə idarəçiliyi altında müvəqqəti gəmiçilik dəhlizinin yaradılmasını nəzərdə tutur.
Tərəflər həmçinin birgə səylər nəticəsində müvəqqəti dəhlizin minalardan təmizlənməsi barədə razılığa gəliblər.
Son xəbərlər
Son Xəbərlər