Xaçmaz rayonu, Nabran kəndində dənizdə nəzarətsiz ərazidə 1 nəfər batıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda vətəndaş-2008-ci il təvəllüdlü Xalidova Arzu Zaur qızının batdığı ehtimal edilən istiqamətlərdə axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.
Son xəbərlər
Son Xəbərlər