Narkotik testlərinin nəticələri açıqlandı

narkotik-testlerinin-neticeleri-aciqlandi
Oxunma sayı: 1432

Bir neçə gün öncə Türkiyədə saxlanılıb daha sonra sərbəst buraxılan bir neçə məşhur şəxsin narkotik testlərinin nəticəsi bəlli olub.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktrisa Afra Saraçoğlu və futbolçu Hasan Şaşın saç nümunələrində kokain tapılıb.

Bildirilib ki, aktyor Aras Bulut İylemlinin test nəticəsi isə neqativ çıxıb.

Xatırladaq ki, Türkiyədə ötən ildən narkotiklə bağlı həyata keçirilən əməliyyat çərçivəsində bir çox məşhur simalar saxlanılıb və daha sonra sərbəst buraxılıb.