Yeniyetmənin ölümünə nə səbəb olub?

yeniyetmenin-olumune-ne-sebeb-olub
Oxunma sayı: 10945

Xəbər verdiyimiz kimi, ötən gün Zabrat-2 stansiyasında 15 yaşlı yeniyetmə Nemət Hacıyev hərəkətdə olan qatarın qarşısına qəflətən çıxıb.

“Qafqazinfo”nun məlumatına görə, bədbəxt hadisədən sonra yeniyetmə vəfat edib.

Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub.

Məlumata görə, sözügedən ərazidəki yolüstü keçidin liftlərindən birinin işləmədiyi üçün vətəndaşlar relslərin üzərindən keçirlər. Hətta, onlar “rahatlığ”a görə təhlükəsizlik məqsədilə yerləşdirilən dəmir qoruyuculardan özlərinə yol da açıblar.

Sakinlər deyir ki, ərazidə əvvəllər də belə hadisələr baş verib.

Yeniyetmənin ölümü ilə bağlı səslənən başqa bir iddia isə, hadisə zamanı onun qulaqlıqdan istifadə etməsidir.

Xəbəri rus dilində oxuyun: Путин сошел с ума, Зеленский создает проблемы - Трамп

Xatırladaq ki, məsələ ilə bağlı Azərbaycan dəmiryolları QSC bir daha vətəndaşlara diqqətli olmaları ilə bağlı xəbərdarlıq edib.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında: