Natiq Qasımovun indiyə qədər görülməyən - Fotoları

natiq-qasimovun-indiye-qeder-gorulmeyen
Oxunma sayı: 1474

Məlum olduğu kimi, bu gün Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun doğum günüdür. 1992-ci ildə düşmənə qarşı qəhrəmancasına mübarizə aparan Natiq Qasımov təkbaşına 5 gün gecə-gündüz postunu qoruyub. 

“Qafqazinfo” xəbər verir ki, sonradan ermənilər Xocalıda əsir götürülən 22 nəfəri güllələmək hədəsi ilə onu təslim olmağa məcbur ediblər. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, erməni tərəfi indiyədək Natiqin sonrakı taleyi barədə Azərbaycan və beynəlxalq təşkilatları məlumatlandırmayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin ötənilki Sərəncamı ilə Natiq Səlim oğlu Qasımov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Natiq Qasımov yaddaşlarda daha çox Azərbaycan bayrağını əlində tutaraq qoruduğu və ermənilərin onu dindirməsi zamanı çəkilən fotolarla qalıb.

Azxeber.com-a istinadən Natiq Qasımovun 1989-ci ildə Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidmət edərkən çəkilən nadir fotolarını təqdim edirik: