Naxçıvan şəhərində dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun xəbərinə görə, şəhərin 21-ci məhəlləsində 71-BB-947 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə 72-BG-196 dövlət nömrə nişanlı “Ssang Yong” markalı avtomobil toqquşub.
Hadisə nəticəsində 1963-cü il təvəllüdlü Cəfərova Rüfət Əyyub qızı, 1958-ci il təvəllüdlü Cəfərova Fatma Cəfər qızı, 1982-ci il təvəllüdlü Babayeva Gülnarə Məmməd qızı və 1981-ci il təvəllüdlü Qəhrəmanova Aliyə Hümbət qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər