Naxçıvanda geniş Zəfər Parkı salınacaq - Rəsmi

naxcivanda-genis-zefer-parki-salinacaq
Oxunma sayı: 322

“Naxçıvan şəhərinin yeni baş planına uyğun olaraq şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Naxçıvan şəhərində geniş Zəfər Parkı inşa olunacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov şəhid ailələri və qazilərlə görüşündə çıxışı zamanı deyib.

O bildirib ki, həmçinin muxtar respublikanın rayonlarında memorial abidə komplekslərinin inşası davam etdiriləcək:

“Xalqımız onların qəhrəmanlıqlarını heç vaxt unutmayacaq, nəsillərə örnək vətənpərvərliklərini və fədakarlıqlarını daim xatırlayacaq, xatirələrini ehtiramla yad edəcək. Bu məqsədlə muxtar respublikada işlər davam etdirilir”.