Naxçıvanda piyadanı maşın vurdu - Xəstəxanada öldü+Yenilənib

naxcivanda-piyadani-masin-vurdu
Oxunma sayı: 518

Naxçıvanda piyadanı avtomobil vurub.

“Qafqazinfo” xəbər verir ki, qəza Naxçıvan şəhərinin Nizami küçəsində baş verib.

Belə ki, hərəkətdə olan “Hyundai” markalı avtomobil yolu keçən 1957-ci il təvəllüdlü Nağıyev Nağı Mahmud oğlunu vurub.

Ağır xəsarət alan piyada xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

***

1957-ci il təvəllüdlü Nağıyev Nağı Mahmud oğlu xəstəxanaya çatdırılıb.

Lakin göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Ziya Əmirxanlı