Nazir Dünya Təhsil Forumunda - Fotolar+Yenilənib

nazir-dunya-tehsil-forumunda
Oxunma sayı: 1199

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti 18-22 may tarixlərində Böyük Britaniyanın London şəhərində keçirilən 21-ci Dünya Təhsil Forumunda iştirak edir.

“Qafqazinfo” xəbər verir ki, 100-dən çox ölkənin elm və təhsil naziri, beynəlxalq təşkilatların nümayəndələri və ekspertlərin iştirakı ilə təşkil edilən forum “Stabillikdən inkişafa doğru: daha güclü, daha cəsarətli, daha yaxşı təhsili birlikdə qururuq” devizi altında həyata keçirilir.

Forum çərçivəsində qlobal miqyasda təhsilin qarşısında duran əsas çağırışlar, innovasiya və rəqəmsallaşma, müəllim hazırlığı və beynəlxalq əməkdaşlıq kimi məsələlər müzakirə olunacaq.

***

Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Gürcüstanın təhsil, elm və gənclər naziri Aleksandre Tsuladze ilə görüşüb. 

Görüş zamanı iki ölkə arasında ümumi və ali təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.