Prezident İlham Əliyevin 2026-cı il 23 iyun tarixli 1075 nömrəli Sərəncamına əsasən dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına medallar və vəsiqələr təqdim edilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov kənd təsərrüfatının inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı dəstək tədbirlərindən danışıb.
Nazir aqrar sahədə əldə olunan uğur və nəticələrin Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
Nazir Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyi sistemində çalışan 9 nəfərin “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunduğunu diqqətə çatdırıb. Dövlət qulluğunda səmərəli fəaliyyəti ilə fərqlənən əməkdaşların əməyinin yüksək qiymətləndirilməsinin əhəmiyyətini vurğulayan nazir bu təltifin onların fəaliyyətinə verilən yüksək dəyərin göstəricisi olduğunu bildirib. Məcnun Məmmədov aqrar sektora göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Prezidentin imzaladığı Sərəncamla təltif olunan Nazirlik əməkdaşları onlara göstərilən yüksək etimada və verilən dəyərə görə dövlət başçısına təşəkkür ediblər.
Sonra təltif olunmuş Nazirliyin əməkdaşlarına medallar və vəsiqələr təqdim edilib.
















Son xəbərlər
Son Xəbərlər